• $
  • £

Sumqayıtda qazilər arasında silahlı insident olub

Sumqayıtda qazilər arasında silahlı insident olub
21.08.2025 11:14

Avqustun 19-da Sumqayıt şəhəri ərazisində silahlı insidentlə müşayiət olunan və ictimai asayişin kobud şəkildə pozulması ilə nəticələnən xuliqanlıq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, hadisə zamanı Abşeron rayon sakini 35 yaşlı İlkin Seyidzadə aralarında yaranan şəxsi münaqişə zəminində tanışı Sumqayıt şəhər sakini 43 yaşlı Mahir Məmmədovu döyüb.

Daha sonra Məmmədov özündə olan ov tüfəngi ilə atəş açaraq İlkin Seyidzadəyə məxsus “Toyota Prado” markalı avtomobilin təkərlərini yararsız hala salıb və silahla nəqliyyat vasitəsinin ön qapısını əzərək onun maşından düşməsini tələb edib.

Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ondan 1 ədəd hadisəni törədən zamanı istifadə etdiyi tüfəng aşkar olunaraq götürülüb. Seyidzadənin Mahir Məmmədovu döyməsi faktı ilə bağlı da əlavə araşdırma aparılır.

İnsidentdə iştirak edən hər iki şəxs 2-ci Qarabağ müharibəsi qazisidir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 13:25
Sabahın hava proqnozu
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:56
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Masazırda iki qadın qətlə yetirilib
Cəmiyyət 12:31
Masazırda iki qadın qətlə yetirilib
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Cəmiyyət 12:10
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Cəmiyyət 11:40
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 10:32
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 10:08
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Cəmiyyət 09:45
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Lənkəranda iki maşın toqquşub, yaralılar var
Cəmiyyət 09:05
Lənkəranda iki maşın toqquşub, yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol