• $
  • £

Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi
27.08.2025 23:38

Azarkeşlərimizə təşəkkür edirəm. Həmişəki kimi möhtəşəm idilər. Hamı görürdü ki, gərginlik var idi. Təbi ki, bu, məsuliyyətdən irəli gəlirdi.Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində "Ferensvaroş"la Bakıdakı cavab matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis özünün və komandasının uğurunu belə şərh edib:

"Futbolçularım qəhrəmandırlar. Onları təbrik edirəm. Neçə illərdir ki, bunu istəyirdik. Həm azarkeşlər, həm biz, həm xalqımız... Allah bizə nəsib etdi. Şükürlər olsun. Matçda məğlub olduq, daha yaxşı oyun göstərmək istəyirdik. Amma nəticə əlbəttə ki, sevindiricidir. Hər birinizi təbrik edirəm".

O, 2017-ci ildə ilk dəfə "Qarabağ"ı ÇL-in qrup mərhələsinə aparan pley-off matçları ilə budəfəki pley-off görüşlərini də müqayisə edib:

"Düzünü desəm, mən fikirləşirdim ki, ilk dəfə qrupa düşdüyümüz vaxt pley-off oyunları daha gərgin keçib. Amma bu gün gərginlik daha çox idi. Hətta gözlədiyimdən də çox idi. Bu, oyunun ilk hissələrindən də hiss olunurdu. İlk görüşdəki 3:1 hesablı qələbədən sonra hamı deyirdi, danışırdı ki, biz ÇL-in qrupuna düşəcəyik. Amma futbolda hər şey ola bilər".

Qurbanov oyundan əvvəl futbolçularına necə motivasiya verdiyini də açıqlayıb:

"Çalışdım ki, onları sakitləşdirəm. Lakin özüm də daxil olmaqla futbolçularda, hər kəsdə gərginliyi hiss edirdim. Çünki nə olur-olsun məsuliyyət mənim üzərimdə idi. Çalışdım ki, soyuqqanlı davranım. Amma ola bilər ki, özümü tam ələ ala bilməmişdim".

Oxşar xəbərlər
Oxşar xəbərlər

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol