• $
  • £

Bakıda güclü partlayış - Ölən var+ YENİLƏNİB

Bakıda güclü partlayış - Ölən var+ YENİLƏNİB
27.12.2013 21:23

İlkin ehtimala görə, idman kompleksinin qazanxanasında baş vermiş partlayışa qaz sızması səbəb olubBakıda “Lokomotiv” idman kompleksində baş vermiş partlayış nəticəsində ölən və yaralanan şəxslərin adları məlum olub. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ölən 1964-cü il təvəllüdlü Şahvələd Məmməd oğlu Məmmədov, yaralanan isə 1987-ci il təvəllüdlü Elvin İmran oğlu Qurbanovdur. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Cahangir Qulamovun APA-ya verdiyi məlumata görə, partlayış idman kompleksinin qazanxanasında baş verib. İlikin ehtimala görə, buna qaz sızması səbəb olub. FHN-nin xilasediciləri hadisə yerində müvafiq təmizləmə işləri görürlər. Qalıqlar altında insanların olduğu ehtimal olunur. ANN.Az

***

Bakının Biləcəri qəsəbəsindəki "Lokomotiv" idman kompleksinin qazanxanasında partlayış olub.Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, ilkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.Bununla bağlı Stansiyaya saat 18:31-də çağırış edilib.Dağıntılar altında bir neçə nəfərin qaldığı ehtimal olunur.Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə məlumatı təsdiqləyiblər və bildiriblər ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunublar."Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə bildiriblər ki, "Lokomotiv" İdman-Sağlamlıq Mərkəzi onların balansındadır: "Partlayış mərkəzin qazanxanasında baş verib və dağıntılar altında 1 nəfərin qaldığı ehtimal olunur".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Cəmiyyət 12:52
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Cəmiyyət 12:49
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət 12:12
Sabah 23 dərəcə isti olacaq - PROQNOZ

Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb
Cəmiyyət 11:57
Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Cəmiyyət 11:14
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib
Cəmiyyət 11:00
Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

Ağdaşda anasını qətlə yetirən oğul saxlanılıb
Cəmiyyət 10:54
Ağdaşda anasını qətlə yetirən oğul saxlanılıb
Lənkəranda avtomobil kanala aşıb, xəsarət alanlar var
Cəmiyyət 10:48
Lənkəranda avtomobil kanala aşıb, xəsarət alanlar var
Saatlıda mübahisə qanla bitib
Cəmiyyət 23:09
Saatlıda mübahisə qanla bitib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol