• $
  • £

Azərbaycan millisi İslandiyaya məğlub olub - Yenilənib

Azərbaycan millisi İslandiyaya məğlub olub - Yenilənib
06.09.2025 00:35

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığması İslandiyaya məğlub olub. 

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.

İslandiya millisinin heyətində Viktor Palsson (45+2-ci dəqiqə) fərqlənib. İsak Berqmann Yohannesson isə dubla imza atıb (47 və 56-cı dəqiqələr). Digər qolları Albert Qudmundsson (63-cü dəqiqə) və Kristian Hlinisson (73-cü dəqiqə) Azərbaycan yığmasının qapısından keçirib.

Fernandu Santuşun rəhbərlik etdiyi komanda DÇ-2026-nın seçmə mərhələsində növbəti matçını sentyabrın 9-da, Ukrayna millisinə qarşı keçirəcək. Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

22:45

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçına start verilib.

Qarşılaşma Reykyavikdə "Lauqardalsvöllur" stadionuda keçirilir.

Matçı niderlandlı baş hakim Sander van der Eyk idarə edir.

 

21:30

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün Reykyavik şəhərində keçiriləcək İslandiya - Azərbaycan oyunu üçün start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

İslandiya: 1. Elias Rafn Olafsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Palsson, 23. Mikael Ellertsson, 7. Hakon Haraldsson (k), 8. İsak Berqmann Yohannesso, 16. Stefan Tordarson, 10. Albert Qudmundsson, 11. Yon Daqur Torsteinsson, 22. Andri Qudyonsen

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 6. Səbuhi Abdullazadə, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 19. Nəriman Axundzadə

Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol