Xocalının Xanyurdu kəndinə növbəti köç karvanı yola salınıb

Xocalının Xanyurdu kəndinə 46 nəfərdən ibarət 15 ailə köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin Dövlət Komitəsindən bildirilib.
Bununla da, Xanyurdu kəndinə köçürülən ailələrin sayı 69-a (237 nəfər) çatacaq.
Prezident İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
İkinci Qarabağ Müharibəsindən sonra 9306 nəfər olmaqla 2400 ailə işğaldan azad olmuş ərazilərə köçürülüb.
Aytac
Son xəbərlər
Daha çox 