• $ 1.7
  • € 1.9913
  • ₽ 0.020786
  • ₺ 0.0412
  • £ 2.2944

“Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırdı

“Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırdı
08.09.2025 17:54

Ölkənin sərfəli mobil operatoru mövqeyini qoruyan “Nar” uzunmüddətli sosial layihələrə dəstəyini davam etdirir. Belə ki, mobil operator 2024-2025-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən on abituriyenti xüsusi hədiyyələrlə təltif edib.

Modern.az İnformasiya Agentliyinin dəstəyi ilə keçirilən bu layihə çərçivəsində tələbə adını qazananlara operatordan qızıl nömrə, 700 AZN balans və müasir smartfonlar hədiyyə edilib.
Mükafatlandırma mərasimində tanınmış dövlət, ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak edərək ilin ən uğurlu abituriyentlərini təbrik ediblər. Tədbirdə “Ümid var” İnklüziv Yaradıcılıq Birliyi və “Azərbaycan Uşaqları” İctimai Birliyinin üzvləri musiqi və rəqs ifaları ilə çıxış ediblər. Bu performans, eləcə də “Nar”ın sosial layihələrində inklüzivliyə verdiyi xüsusi önəm tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.


“Nar”ın baş icraçı direktoru Qunnar Panke tədbirdə çıxış edərək gəncləri təbrik edib, onlara gələcəkdə uğurlar arzulayıb: “Bu nailiyyətiniz yalnız universitet qapılarını deyil, yeni imkanları və düşüncə üfüqlərinizi də açır. “Nar” olaraq, biz inanırıq ki, təhsilə dəstək ölkənin gələcəyinə edilən ən dəyərli investisiyadır”.


“Nar”ın 10 ilə yaxındır, ənənəvi olaraq, davam etdirdiyi bu təşəbbüs mobil operatorun təhsilə verdiyi önəmini bir daha sübut edir. “Nar”ın dəstəyi ilə təhsilin inkişafına yönəlmiş sosial layihələr haqqında daha ətraflı məlumatı buradan  əldə edə bilərsiniz. 
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
8 ayda Abşeron-Xızı regionunda 78 ictimai iaşə müəssisəsində qayda pozuntuları aşkarlanıb
Cəmiyyət 11:43
8 ayda Abşeron-Xızı regionunda 78 ictimai iaşə müəssisəsində qayda pozuntuları aşkarlanıb

“Azərpoçt” Kəlbəcərdə fəaliyyət göstərməyə başlayıb
Cəmiyyət 11:05
“Azərpoçt” Kəlbəcərdə fəaliyyət göstərməyə başlayıb

Sabah Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
Cəmiyyət 10:25
Sabah Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
Azərbaycanda mal əti bahalaşıb - Video
Cəmiyyət 09:51
Azərbaycanda mal əti bahalaşıb - Video
Nazim Bəykişiyev vəfat edib
Cəmiyyət 23:32
Nazim Bəykişiyev vəfat edib
Bu ərazilərdə su olmayacaq
Cəmiyyət 22:18
Bu ərazilərdə su olmayacaq
Sürücü diqqətsizliyi svetoforun yararsız vəziyyətə düşməsinə səbəb oldu
Cəmiyyət 19:33
Sürücü diqqətsizliyi svetoforun yararsız vəziyyətə düşməsinə səbəb oldu
Kürdəmirdə 36 yaşlı kişini cərəyan vuraraq öldürüb
Cəmiyyət 19:10
Kürdəmirdə 36 yaşlı kişini cərəyan vuraraq öldürüb
Kürdəmirdə ev yanıb
Cəmiyyət 18:07
Kürdəmirdə ev yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox