• $
  • £

Azərbaycan və Cibuti XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Cibuti XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
08.09.2025 18:19

8 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Cibuti Respublikasının Xarici İşlər Nazirliyinin baş katibi Məhəmməd Əli Həsəni qəbul edib.Bu barədə XİN-dən bildirilib.

Görüş zamanı, Azərbaycan və Cibuti arasında ikitərəfli əməkdaşlığın perspektivləri, çoxtərəfli formatlarda tərəfdaşlıq məsələləri müzakirə olunub.

İqtisadiyyat, ticarət, humanitar, təhsil və s. istiqamətlər üzrə əməkdaşlığın geniş perspektivləri olduğu vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. 2026-cı ildə Azərbaycanda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün və növbəti iki il ərzində sədrliyimizin əməkdaşlıq üçün əlavə imkanlar yaratdığı bildirilib.

Görüş zamanı, ötən ay Vaşinqton şəhərində baş tutmuş görüş və əldə olunan razılıqların əhəmiyyəti qeyd edilib, Azərbaycan-Ermənistan sülh prosesinin təşəbbüskarı olan Azərbaycanın bundan sonra da sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, həmçinin Azərbaycan və Cibutinin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Cibuti tərəfindən isə Xarici İşlər Nazirliyinin baş katibi Məhəmməd Əli Həsən rəhbərlik edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol