• $
  • £

Əli Hüseynli:Vaşinqton razılaşması region üçün yeni imkanlar açır

Əli Hüseynli:Vaşinqton razılaşması region üçün yeni imkanlar açır
09.09.2025 11:18

Vaşinqton razılaşması regional sülhün bərqərar olunması baxımından əhəmiyyətlidir və bu razılaşma bir çox ölkələr tərəfindən dəstəklənməsi ilə seçilir. Bunu Milli Məclisin deputatı  Əli Hüseynli bildirib.

"Bu, ilk dəfədir ki, beynəlxalq ictimaiyyət sülh təşəbbüsünü bu qədər geniş şəkildə dəstəkləyir. Azərbaycan sülh müqaviləsini təqdim edən tərəfdir," –  deputat "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr  olunan xüsusi iclasda bildirib.

Onun sözlərinə görə, Ermənistan Konstitusiyasına dəyişiklik etdikdən sonra sülh müqaviləsinin imzalanması mümkün olacaq.

 “Əminəm ki, yaxın gələcəkdə tərəflərin sülh sazişinə razılıq verdiyinin şahidi olacağıq", - o deyib.

Əli Hüseynli həmçinin qeyd edib ki, Zəngəzur dəhlizi yalnız Cənubi Qafqaz üçün deyil, bütövlükdə region üçün yeni imkanlar aça bilər

 “Tramp marşrutu adlandırılan nəqliyyat bağlantısı Ermənistanı tranzit ölkəyə çevirə bilər", - Hüseynli əlavə edib. 

O, Minsk Qrupunun fəaliyyətinin faktiki olaraq dayandırılmasını da bölgədə yeni mərhələnin başlandığının göstəricisi kimi dəyərləndirib.

 “Vaşinqton razılaşması sülh gündəliyinin formalaşdığını nümayiş etdirir", - deputat qeyd edib. 

O həmçinin bildirib ki, sülh müqaviləsinin imzalanmamasının əsas səbəbi Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə şübhə doğuran müddələrin hələ də qalmasıdır. 

O həmçinin bildirib ki, sülh müqaviləsinin imzalanmamasının əsas səbəbi Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə şübhə doğuran müddələrin hələ də qalmasıdır. 

“Bu dəyişikliklər edildikdən sonra rəsmi sülh müqaviləsi imzalanacaq və Milli Məclis də bunun ratifikasiyasına şahid olacaq,” — Hüseynov vurğulayıb.

Deputat sonda qeyd edib ki, Azərbaycanın məqsədi gələcək nəsillərin ədalətli və daimi sülh şəraitində yaşamasını təmin etməkdir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Siyasət 19:30
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Siyasət 11:29
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 16:32
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol