• $
  • £

Deputat: ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı öhdəliyi Azərbaycanın diplomatik uğurudur

Deputat: ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı öhdəliyi Azərbaycanın diplomatik uğurudur
09.09.2025 11:34

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Prezident İlham Əliyevin ABŞ-a səfərini “böyük siyasi hadisə” kimi qiymətləndirib. Bu barədə o, “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr olunmuş xüsusi iclasda çıxışı zamanı bildirib.

Deputat qeyd edib ki, ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı öhdəlik götürməsi Azərbaycanın mühüm diplomatik uğuru kimi qiymətləndirilməlidir.

Həsənquliyev Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilməsini təklif edib.

O bildirib ki, Zəngəzur dəhlizinin açılması beynəlxalq yükdaşımalar sisteminə töhfə verə və region dövlətləri üçün yeni imkanlar yarada bilər.

Deputat həmçinin vurğulayıb ki, Azərbaycanın əldə etdiyi uğurlarda Prezident İlham Əliyevin rolu mühümdür

 “Erməni xalqını üçüncü qüvvələrin təsirindən İlham Əliyev xilas edib,” –  Həsənquliyev bildirib.

O, Vaşinqtonda əldə olunan razılaşmaların Rusiyanı da qane edəcəyinə ümid etdiyini, Türkiyə və Rusiya kimi regional güclərin sülh prosesində iştirakını zəruri hesab etdiyini bildirib.

Deputat əlavə edib ki, Azərbaycanın gələcək inkişafı üçün investisiya mühiti yaxşılaşdırılmalı, beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq genişləndirilməli və üzvlük prosesləri sürətləndirilməlidir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Siyasət 19:30
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Siyasət 11:29
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 16:32
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol