• $
  • £

Azərbaycanın seçdiyi yol digər postsovet ölkələri üçün də nümunəyə çevrilib - Fazil Mustafa

Azərbaycanın seçdiyi yol digər postsovet ölkələri üçün də nümunəyə çevrilib - Fazil Mustafa
09.09.2025 11:40

İşğal altında olan torpaqların azad olunması, ardınca Vaşinqtonda keçirilən sammitdə əldə edilən razılaşma Azərbaycanın nüfuzunun təsdiqi kimi dəyərləndirilməlidir.  Bunu  Milli Məclisin iclasında deputat Fazil Mustafa bildirib. 

“Vaşinqton Anlaşması həm Azərbaycanın gücünü, həm də onun beynəlxalq əhəmiyyətini göstərən bir tablodur,” — deputat vurğulayıb.

Fazil Mustafa əlavə edib ki, Azərbaycanın seçdiyi yol digər postsovet ölkələri üçün də nümunəyə çevrilib. 

“Gürcüstan, Moldova, Ukrayna illər boyu beynəlxalq təşkilatlara üz tutaraq işğal problemini həll etməyə çalışsalar da, nəticə əldə etmədilər. Azərbaycan isə öz gücü və iradəsi ilə torpaqlarını azad etdi,” — o bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev həm Ermənistan rəhbərliyi, həm də xalqı üçün yeni imkanların yolunu göstərib. 

“Ermənistan tranzit ölkəyə çevrilə bilər, lakin yalnız Azərbaycan vasitəsilə. Bu, onların iqtisadi rifahına da töhfə verəcək,” — Mustafa qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın qarşısında yeni strateji hədəf bütöv Azərbaycanın reallaşdırılmasıdır:.

“Naxçıvan və digər istiqamətlər üzrə kommunikasiyaların açılması bütöv Azərbaycanın uğuru deməkdir.”

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Siyasət 19:30
AQEM-in Azərbaycanda keçiriləcək sammitinə hazırlıqlar müzakirə olunub
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Siyasət 11:29
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 16:32
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol