• $
  • £

Deputat: Vaşinqton razılaşması Azərbaycanın suverenliyinin tanınmasıdır

Deputat: Vaşinqton razılaşması Azərbaycanın suverenliyinin tanınmasıdır
09.09.2025 11:50

Milli Məclisin deputatı Zahid Oruc Prezident İlham Əliyevin ABŞ-a səfərini və orada əldə olunan razılaşmaları Azərbaycanın son onilliklərdə əldə etdiyi ən mühüm diplomatik nailiyyətlərdən biri kimi dəyərləndirib. O, bu barədə parlamentdə “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda keçirilən xüsusi iclasda çıxış edib.

Deputat bildirib ki, ABŞ-da paraflanan və 11 avqustda ictimaiyyətə açıqlanan sülh müqaviləsi layihəsi Azərbaycanın ərazi bütövlüyünün və hərbi-siyasi qələbəsinin beynəlxalq səviyyədə tanındığını göstərir.

“Vaşinqtonda təqdim olunan sənəddə ‘Qarabağ’ ifadəsi yer almır, etnik ermənilərin geri qayıdışı ilə bağlı tələb irəli sürülmür, əksinə, Azərbaycanın Qələbəsi beynəlxalq legitimlik qazanır,” – Oruc qeyd edib.

Zahid Oruc həmçinin bildirib ki, bu razılaşmaların gizli diplomatik kanallar vasitəsilə, geniş kəşfiyyat fəaliyyətinə malik ölkələrdən belə məxfi şəkildə aparılması regionda sabitliyin bərqərar olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Deputat Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi olaraq son qoyulmasını da sülh prosesində dönüş nöqtəsi kimi dəyərləndirib.

“Bu, Birinci Qarabağ müharibəsindən sonra işğal vəziyyətini qoruyan formatın ləğv olunması və Azərbaycanın tam suverenlik hüququnun təsdiqlənməsi deməkdir", - o deyib.

Zahid Oruc Prezident İlham Əliyevin liderliyinin Azərbaycanın yalnız hərbi deyil, diplomatik sahədə də qalib dövlət kimi çıxış etməsinə şərait yaratdığını bildirib.

O, 2020-ci ildəki Vətən müharibəsində əldə olunan uğurların ABŞ-la yüksək səviyyəli danışıqlara və beynəlxalq dəstəyə yol açdığını vurğulayıb.

“Əgər hərbi qələbə olmasaydı, Vaşinqton razılaşmaları mümkün olmazdı,” – deputat bildirib.

O, Zəngəzur dəhlizinin açılmasının regional geosiyasi sabitliyə deyil, iqtisadi əməkdaşlığa xidmət edəcəyini və Azərbaycanın Naxçıvanla birbaşa, sərhəd nəzarəti olmadan bağlantı əldə etməsinin tarixi hadisə olduğunu qeyd edib.

Oruc çıxışında həmçinin beynəlxalq miqyasda Azərbaycana artan dəstəyi qeyd edib və bildirib ki, Ağ Ev Zirvəsinin nəticələri 100-dən çox dövlət və onlarla beynəlxalq təşkilat tərəfindən müsbət qarşılanıb.

“Bu, Azərbaycanın qələbəsinin beynəlxalq miqyasda qəbul edildiyini göstərir,” –  o əlavə edib.

Sonda o, Ermənistanla qarşılıqlı etimadın bərqərar olunması üçün birgə parlament komissiyasının yaradılmasını dəstəklədiyini bildirib.

“Prezidentin də qeyd etdiyi kimi, biz Ermənistanla düşmənçiliyə son qoyduq, indi isə sülhü inşa etməliyik",  deputat əlavə edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol