• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Duz gölünə tullantı su axıdan vətəndaşlar cərimələnəcək

Duz gölünə tullantı su axıdan vətəndaşlar cərimələnəcək
09.09.2025 14:33

Masazır gölünün ətrafında xeyli sayda əhali qeyri-qanuni olaraq məskunlaşıb. Həmin ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatının mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Lakin əhalinin qanunsuz olaraq çirkab sularının Masazır gölünə axıdılmasının qarşısını almaq üçün göl ətrafında 2 yerdə nasos stansiyası qurulub. Bu stansiyalar vasitəsilə çirkab sular Novxanı kollektoruna ordan da Sumqayıt Tullantı Sutəmizləyici Qurğularına ötürülür.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, sözügedən çirkab su axıntısı isə Masazır gölündən aralı və səviyyəcə hündür olan təbii göldən gələn sudur. Həmin gölün də ətrafında qeyri-qanuni məskunlaşan əhali çirkab sularını qanunsuz olaraq gölə axıdırlar. Həmin gölün də səviyyəsi əhalinin qanunsuz olaraq axıtdığı çirkab suların hesabına artaraq Masazır gölünə tökülür.

Mərkəzləşdirilmiş tullantı suların axıdılması sisteminə çıxışı olmayan əhali qrupları tullantı suların idarə olunmasında alternativ və təhlükəsiz üsullardan yararlanmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər.

Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayan ərazilərdə tullantı suların idarə olunması “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 5-ci bəndinin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrindəki tullantı sularının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunub, divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır. Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır. Quyu dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərti ilə təmizlənməlidir.

Əhali qrupu tərəfindən qeyd edilən tələblərə riayət edilmədikdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.

Sözügedən ərazilər üzrə yaşayış məntəqələrində formalaşan tullantı sularının əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarının qarşısını almaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti müntəzəm olaraq reydlər keçirir və qanuna əməl etməyənlər barədə qanunauyğun şəkildə tədbir görürlər.

Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün attestasiya imtahanıkeçirilib
Cəmiyyət 14:29
Bu şəxslər üçün attestasiya imtahanıkeçirilib
Alyona Əliyeva Pasxa ilə bağlı paylaşım edib
Cəmiyyət 13:52
Alyona Əliyeva Pasxa ilə bağlı paylaşım edib
Azərbaycanda sənədsiz evlərə su verilməyəcək – Rəsmi
Cəmiyyət 13:47
Azərbaycanda sənədsiz evlərə su verilməyəcək – Rəsmi
Yol polisi əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Cəmiyyət 13:33
Yol polisi əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Sabah Bakıya yağış yağacaq - Proqnoz
Cəmiyyət 12:44
Sabah Bakıya yağış yağacaq - Proqnoz
Marketlərdən siqaret və içki oğurlayıb digər mağazalara satdılar- Polis saxladı
Cəmiyyət 12:41
Marketlərdən siqaret və içki oğurlayıb digər mağazalara satdılar- Polis saxladı
Salyanda “Opel” aşdı- Ölən var
Cəmiyyət 11:59
Salyanda “Opel” aşdı- Ölən var
Bəzi rayonlara yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
Cəmiyyət 11:20
Bəzi rayonlara yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
Salyanda yol qəzası olub, ölən və xəsarət alanlar var
Cəmiyyət 11:00
Salyanda yol qəzası olub, ölən və xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol