• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Ruhi xəstəxanadan qaçanlardan biri də həbs edildi

Ruhi xəstəxanadan qaçanlardan biri də həbs edildi
27.12.2013 12:47
 Bakıda ruhi xəstəxanadan qaçan xəstələrdən daha biri həbs edilib.Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Milli Təhlükəsizlik Nazirli, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Prokurorluğu, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından qaçan Razim Ramiz oğlu Hacıyev tutulub. O, saxlanılarkən polisə müqavimət göstərib. Lakin buna baxmayaraq, polis R.Hacıyevi zərərsizləşdirə bilib.APA-nın əldə etdiyi məlumata görə, R.Hacıyev tutularkən onunla birgə daha iki nəfər də olub. Onlar “KİA” markalı avtomobildə olublar. Əməliyyat zamanı ələ keçəcəyini görən R.Hacıyev “KİA” markalı avtomobili polisin maşınının üstünə sürüb. Nəticədə polisin avtomobili əzilib.Xatırladaq ki, qaçan xəstələrdən biri, 23 yaşlı Elvin Nəsrullayev hadisədən bir neçə gün sonra könüllü olaraq geri qayıdıb.Qeyd edək ki, noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev, Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar.Onu da əlavə edək ki, noyabrın 16-da Ruhi Psixiatriya Xəstəxanasından xəstələr qaçan zaman xidmətdə olan polis əməkdaşı, 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənov özünü binadan ataraq intihar edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Cəmiyyət 22:36
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Binə TM-də elektrik dirəyi aşıb
Cəmiyyət 21:37
Binə TM-də elektrik dirəyi aşıb
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Cəmiyyət 20:04
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 19:11
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol