• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

At illərində Azərbaycanda və dünyada hansı hadisələr yaşanıb?

At illərində Azərbaycanda və dünyada hansı hadisələr yaşanıb?
27.12.2013 11:07
XX əsrdə (1906-cı ildən 1990-cı ilədək ) 8 At ili var.Bunlar 1906, 1912, 1918, 1930, 1942, 1954, 1966, 1978, 1990 –cı illərdir.Azərbaycan üçün 1918-ci və 1990-cı illər daha unudulmazdır.Lakin bir məqam da ondan ibarətdir ki, 1918-ci il Azərbaycan üçün nə qədər xoş və əlamətdardırsa, 1990-cı il bir o qədər acınacaqlı və faciəli hadisələrlə xatırlanmaqdadır.1918-ci ilin may ayının 28-də Azərbaycan Demokratik Respublikası yaradılıb.1990-cı ilin yanvar ayının 20-də isə Bakıda Qanlı Yanvar hadisələri baş verib.At üstündə təhvil olan digər illərdə də Azərbaycanda bir sıra əlamətdar hadisələr yaşanıb.1906-cı ilin aprel ayının 7-də Azərbaycanda ilk satirik “Molla Nəsrəddin” jurnalının birinci sayı Tbilisi şəhərində çapdan çıxıb.1918-ci ilin iyun ayının 27-də Azərbaycan dili dövlət dili elan edilib. Sentyabrın 15-də isə Bakı Azərbaycanın paytaxtı olub. Bu ilin noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul edilib.1930-cu ildə SSRİ Mərkəzi Rəhbərliyinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının Əldərə, Lehvaz, Astazur və digər yaşayış məntəqələri Ermənistan SSRİ-nin tərkibinə qatılıb və bu əraziləri özündə cəmləyən Mehri rayonu yaradılıb.1930-cu ilin 19 iyun tarixində Azərbaycan SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Bakı Dövlət Universitetinin tibb fakültəsinin əsasında 2 fakültədən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) Azərbaycan Tibbi İnstitutu yaradılıb.1990-cı ilin yanvar ayının 20-də SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək, 131-dək silahsız insanı qətlə yetirib. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan, 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarıb.Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarımız canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.1990-cı ilin 11 iyulunda Tərtər-Kəlbəcər sərnişin avtobusu erməni quldurları tərəfindən partladılıb, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilib, nəticədə 14 nəfər qətlə yetirilib, 35 nəfər yaralanıb.1990-cı ilin 10 avqust tarixində Tiflis-Ağdam marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılıb, 20 nəfər həlak olub, 30 nəfər yaralanıb. Bu cinayətin təşkilatçıları, millətcə erməni olan A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunublar.2002-ci il (XXI əsrin başlanğıcı) Azərbaycan üçün xüsusilə əlamətdardır. Bu ilin sentyabr ayının 18-də Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməli qoyulub.Ümid edirik ki, növbəti At ili – 2014-cü il Azərbaycan üçün ancaq xoş hadisələrlə, müsbət və əlamətdar tarixlərlə yadda qalacaq.Sadaladığımız At illərində dünyada baş verən hadisələrə gəldikdə isə, bu illər həm mənfi, həm də müsbət hadisələrlə xatırlanmaqdadır.Onlardan bəzilərini təqdim edirik:  1906-cı ildə İtaliyada Vezuvi vulkanı püskürüb. Eyni ildə Frederik Kuk Şimali Amerikanın ən uca zirvəsi olan Mak-Kinlini fəth edib. Rusiyada Stolıpin aqrar islahatlara başlayıb.1930-cu ildə SSRİ-də OQPU (ULAQ) düşərgələrinə nəzarət edən idarə yaradılıb.Bu ilin may ayının 19-da Cənubi Afrikada ağdərili qadınlar səsvermə hüququ qazanıblar.1930-cu ildə Dünya əhalisinin sayı 2 milyarda çatıb.1930-cu ildə Sovet İttifaqında təqvimdə 30 fevral olub.Time jurnalının versiyasına əsasən, İ.V. Stalin “İlin adamı” seçilib.1978-ci ildə İranda İslam İnqilabı baş verib.Süni mayalanma nəticəsində ilk uşaq 1978-ci ilin iyul ayının 25-də dünyaya gəlib.1990-cı ildə SSRİ-də ilk dəfə - Moskva şəhərində “Mackdonalds” açılıb.Microsoft OC Windows 3.0 sistemini işə salıb.Fil sümüyü ticarəti dünyada rəsmən qadağan olunub.Gün.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yasamalın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 10:02
Yasamalın bəzi ərazilərində qaz olmayacaq
Azərbaycanda bir həftədə 115 yanğın qeydə alınıb
Cəmiyyət 09:55
Azərbaycanda bir həftədə 115 yanğın qeydə alınıb
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 09:35
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Qubada dəm qazından zəhərlənən şəxs ölüb
Cəmiyyət 09:26
Qubada dəm qazından zəhərlənən şəxs ölüb
Horovluya növbəti 22 ailə yola salınıb
Cəmiyyət 08:55
Horovluya növbəti 22 ailə yola salınıb
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Cəmiyyət 22:36
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Binə TM-də elektrik dirəyi aşıb
Cəmiyyət 21:37
Binə TM-də elektrik dirəyi aşıb
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Cəmiyyət 20:04
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 19:11
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol