• $
  • £

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
15.09.2025 21:21

15 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammiti çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Görüş zamanı strateji müttəfiqlik səviyyəsindəki Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib, bu əlaqələrin təməlində iki ölkənin dövlət başçıları arasında dostluq və qardaşlıq münasibətlərinin və sıx təmasların dayandığı vurğulanıb.

İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üzrə aparılan birgə fəaliyyətlər və layihələr barədə fikir mübadiləsi aparılıb.

Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın cari ilin oktyabr ayında ev sahibliyi edəcəyi Türk Dövlətləri Təşkilatının növbəti Zirvə Toplantısına hazırlıq işləri barədə həmkarına məlumat verib.

Təhlükəsizlik məsələləri və regional inkişaflar, o cümlədən Yaxın Şərqdəki qarşıdurmadan narahatlıq ifadə edilib, artan gərginliyin diplomatik yollarla həll edilməli olduğuna dair həmfikirlik bildirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Siyasət 11:29
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 16:32
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol