• $
  • £

ATƏT Minsk qrupunun ləğvi prosesi başlayıb

ATƏT Minsk qrupunun ləğvi prosesi başlayıb
16.09.2025 17:49

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Azərbaycan və Ermənistanın birgə müraciətinə əsasən, Minsk qrupunun və ona bağlı təsisatların ləğvi prosesinə başlayıb. Bu barədə report ATƏT-də Finlandiyanın sədrliyi çərçivəsində yaradılmış işçi qrupunun rəhbərinin müavini Toni Sandellə istinadla yazıb.

Sandell bildirib ki, təşkilatın Katibliyi 1 sentyabr tarixli Daimi Şura qərarının icrasına dair praktiki addımlar atır. Onun sözlərinə görə, bu mərhələdə əsas diqqət kadr məsələləri, arxiv materiallarının idarə olunması, idarəetmə strukturlarının bağlanması və əmlakın ötürülməsi kimi texniki məsələlərə yönəlib.

“Minsk prosesinin və əlaqəli qurumların fəaliyyətinin dayandırılması istiqamətində işlər aparılır. Bura ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisi, yüksək səviyyəli planlaşdırma qrupu və sənədlərlə iş daxildir”, – Sandell deyib.

Tərəflərin razılığına əsasən, ləğv prosesi 2025-ci il dekabrın 1-dək tamamlanmalıdır.

Minsk qrupu 1992-ci ildə ATƏT (o zamankı ATƏM) tərəfindən Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həllinə dəstək məqsədilə yaradılmışdı. 1994-cü ildən etibarən qrupun həmsədrləri Rusiya, ABŞ və Fransa olub.

Qrup, təxminən 30 il ərzində danışıqların əsas beynəlxalq platforması kimi fəaliyyət göstərsə də, 2020-ci ildə Azərbaycanın Qarabağda keçirdiyi 44 günlük müharibə nəticəsində real təsir gücünü itirib. 2023-cü ilin sentyabrında isə Azərbaycan ərazisindəki separatçı rejimin ləğvi ilə münaqişə tam başa çatıb.

Azərbaycan Minsk qrupunun fəaliyyətsiz olduğunu əsas gətirərək, qurumun ləğvini tələb etmişdi. Bu ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən Minsk prosesinin rəsmi şəkildə bağlanmasına dair birgə sənəd imzalanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol