• $
  • £

Zakir Həsənov 12-ci Pekin Syanşan Forumunun açılışında iştirak edib

Zakir Həsənov 12-ci Pekin Syanşan Forumunun açılışında iştirak edib
18.09.2025 12:42

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Çinin milli müdafiə naziri admiral Dong Junun dəvəti ilə 12-ci Syanşan Forumunda iştirak etmək üçün Pekində işgüzar səfərdədir.  Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, sentyabrın 18-də müdafiə naziri "Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi" şüarı ilə keçirilən 12-ci Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib. 

Forum çərçivəsində general-polkovnik Z.Həsənov çinli həmkarı admiral D.Jun və Mərkəzi Hərbi Şuranın Avadanlıqların İnkişafı Departamentinin direktoru general Xu Xueqiang ilə görüşüb.

Keçirilən görüşlər zamanı ölkələr arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. 

100-dən çox ölkənin müdafiə qurumlarının rəhbər şəxslərinin, beynəlxalq təşkilatların və analitik mərkəzlərin nümayəndələrinin, eləcə də yüksək rütbəli hərbçilərin, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərin iştirakı ilə keçirilən forum sentyabrın 19-dək davam edəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Siyasət 11:29
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 16:32
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol