• $
  • £

Əliyev Aİ komissarı ilə görüşdə sülh və enerji əməkdaşlığını müzakirə edib

Əliyev Aİ komissarı ilə görüşdə sülh və enerji əməkdaşlığını müzakirə edib
18.09.2025 12:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib. Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, regional sülh gündəliyinin irəliləməsi və enerji əməkdaşlığı əsas müzakirə mövzuları olub.

Marta Kos əldə edilmiş sülhə dair irəliləyişlər münasibətilə Azərbaycan Prezidentini təbrik edərək, Aİ-nin regionda davamlı sülhün bərqərar olunmasına və Azərbaycanın humanitar minatəmizləmə səylərinə dəstəyini davam etdirəcəyini bildirib.

Komissar, eyni zamanda, Aİ ilə Azərbaycan arasında enerji sahəsində uğurlu tərəfdaşlığın mövcud olduğunu vurğulayıb və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanlara diqqət çəkib.

Prezident İlham Əliyev bu ilin may ayında Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə görüşünü xatırladaraq, Azərbaycanın sülh təşəbbüslərini davam etdirəcəyini bildirib. O, həmçinin Zəngilana çəkilən avtomobil və dəmir yollarının regional nəqliyyat bağlantılarında oynadığı rolu önə çəkib.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan qazı hazırda Avropanın 10 ölkəsinə, o cümlədən Aİ-yə üzv 8 dövlətə ixrac olunur və ixrac coğrafiyası genişlənməkdədir.

Görüşdə, həmçinin, Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyadan Azərbaycana daşınan yüklərin həcminin əhəmiyyətli dərəcədə artdığı qeyd edilib və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Siyasət 11:29
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 16:32
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol