• $
  • £

Azərbaycan dünyada investisiya cəlbediciliyi üzrə 70-ci pillədədir

Azərbaycan dünyada investisiya cəlbediciliyi üzrə 70-ci pillədədir
22.09.2025 09:50

Bakıda keçirilən birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bazar ertəsi 800-dən çox iştirakçını bir araya gətirib, onların 40%-i xarici ölkələrdən gəlib.  Bunu TEHA Group rəhbəri Valerio de Molli bildirib. 

Forumda iqtisadi perspektivlər və tərəfdaşlıq imkanları müzakirə olunur.

Tədbir Milan mərkəzli TEJA beyin mərkəzi və Yusif Abdullayarın rəhbərlik etdiyi Ax Promo şirkəti tərəfindən təşkil olunub. Pensilvaniya Universitetinin qiymətləndirməsinə görə, TEJA son on ildə İtaliyanın birinci, Avropanın isə dördüncü aparıcı beyin mərkəzi hesab edilir.

Forumun təşkilatçıları bildiriblər ki, Azərbaycan dünyada ərazi böyüklüyünə görə 113-cü, əhali sayına görə 88-ci yerdə olsa da, investisiya cəlbediciliyi üzrə 70-ci pillədədir və bir sıra göstəricilər üzrə iqtisadi dinamizm baxımından dünyanın ilk onluğunda qərarlaşıb.

“Bu beynəlxalq investisiya forumunun məqsədi yalnız regionda deyil, eyni zamanda qlobal miqyasda iqtisadi düşüncənin əsas mərkəzlərindən birinə çevrilməkdir,” — de Molli bildirib.

İki gün davam edəcək tədbirdə 100-dən çox spiker müxtəlif panellərdə və müzakirələrdə çıxış edəcək.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Siyasət 11:29
Elçin Əmirbəyov Türkiyəyə səfər edəcək
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 16:32
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol