• $
  • £

ADB: Azərbaycanın iqtisadi artımı 2025 və 2026-cı illərdə zəifləyəcək

ADB: Azərbaycanın iqtisadi artımı 2025 və 2026-cı illərdə zəifləyəcək
30.09.2025 09:22

Asiya İnkişaf Bankı (ADB) 2025-ci ildə Azərbaycanda iqtisadi artımı 2,4 %, 2026-cı ildə isə 2 % səviyyəsində proqnozlaşdırır. Bu göstəricilər Bankın aprel proqnozu ilə müqayisədə müvafiq olaraq 1 və 1,3 faiz bəndi aşağıdır.

ADB-nin hesabatında bildirilir ki, 2025-ci ilin ilk yarısında karbohidrogen hasilatındakı azalma iqtisadi artım tempini zəiflətdi. Həmin dövrdə ümumi iqtisadi artım 1,5 % təşkil edib ki, bu da ötən ilin eyni dövründəki 4,3 %-lə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.

Sənaye istehsalı 2025-ci ilin ilk 6 ayında illik müqayisədə 0,5 % azalıb. Neft hasilatı 5,3 %, qaz hasilatı isə 0,4 % geriləyib. Eyni zamanda, qeyri-neft sektoru 3,9 % artım göstərib, tikinti sahəsi isə dövlət investisiyaları hesabına 8,5 % genişlənib.

Xidmət sektorunda artım tempi 6,1 %-dən 3,1 %-ə düşüb. Kənd təsərrüfatı sahəsində isə artım bir il əvvəlki 0,2 %-dən 1,4 %-ə yüksəlib.

ADB proqnozlaşdırır ki, iqtisadi artım 2026-cı ilin sonuna qədər mülayim templə davam edəcək.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabah bəzi yerlərdə yağış və dağlıq ərazilərdə qar yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 16:13
Sabah bəzi yerlərdə yağış və dağlıq ərazilərdə qar yağacaq -XƏBƏRDARLIQ
Bu yolda sürət həddi müvəqqəti endirilib
Cəmiyyət 15:33
Bu yolda sürət həddi müvəqqəti endirilib
Azərbaycandakı dini konfessiya rəhbərləri ABŞ hesabatını tənqid edib
Cəmiyyət 15:29
Azərbaycandakı dini konfessiya rəhbərləri ABŞ hesabatını tənqid edib
Azərbaycanda 3 minə yaxın ailənin beşdən çox uşağı var
Cəmiyyət 13:57
Azərbaycanda 3 minə yaxın ailənin beşdən çox uşağı var
İraq hava məkanını açıb
Cəmiyyət 13:32
İraq hava məkanını açıb

52 mindən çox şagird buraxılış imtahanı verəcək
Cəmiyyət 13:22
52 mindən çox şagird buraxılış imtahanı verəcək
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 13:19
Azərbaycanda zəlzələ olub
10 yeni stansiyanın 8-də tunelqazma işlərinə ilin sonuna qədər başlanacaq
Cəmiyyət 13:07
10 yeni stansiyanın 8-də tunelqazma işlərinə ilin sonuna qədər başlanacaq
“28 May” və “Nizami” arasında avtobuslar pulsuz ola bilər
Cəmiyyət 12:39
“28 May” və “Nizami” arasında avtobuslar pulsuz ola bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol