• $
  • £

BTC ilə 3,38 milyon ton qazax nefti nəql olunub

BTC ilə 3,38 milyon ton qazax nefti nəql olunub
02.10.2025 14:25

Energetika naziri Pərviz Şahbazov Astanada keçirilən “Qazaxıstan Enerji Həftəsi” çərçivəsində Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev, energetika naziri Erlan Akkenjenov və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşlər keçirib.

Sauranbayevlə görüşdə ikitərəfli ticarət dövriyyəsinin 2025-ci ilin ilk yarısında 4,2 dəfə artaraq 500 milyon dollara çatdığı vurğulanıb, Orta Dəhliz və Zəngəzur dəhlizi üzrə nəqliyyat əlaqələrinin genişləndirilməsi müzakirə olunub.

Akkenjenovla danışıqlarda 2023-cü ildən BTC kəməri ilə 3,383 milyon ton qazax neftinin nəql olunduğu qeyd edilib, tranzitin artırılması, SOCAR–KazMunayGaz əməkdaşlığı və “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Layihənin texniki-iqtisadi əsaslandırması üçün məsləhətçi şirkətin noyabrda müəyyənləşəcəyi bildirilib.

La Kamera ilə görüşdə isə Azərbaycanın bərpa olunan enerji sahəsində təşəbbüsləri və IRENA ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol