• $
  • £

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu
06.10.2025 11:44

 

 

Sərfəli mobil xidmətləri və sosial layihələrə davamlı dəstəyi ilə seçilən “Nar”ın tərəfdaşlığı ilə “Bütün Vücudlar Danışır” sosial layihəsinin 2024-2025-ci illər üzrə hesabat tədbiri keçirilib. Layihənin əsas məqsədi həssas və qeyri-həssas qrupları bir araya gətirməklə onların fiziki və emosional rifahını yaxşılaşdırmaq, sosial bacarıqlarını inkişaf etdirmək, yeni dostluqlar qurmaq və inklüziv cəmiyyətin gücləndirilməsinə töhfə verməkdir.

Tədbir çərçivəsində layihənin hesabatı təqdim olunub. Bildirilib ki, il ərzində layihəyə ümumilikdə 587 nəfər – həm əlilliyi olan, həm də olmayan iştirakçı cəlb edilib və beləliklə, həssas və qeyri-həssas qrupların birgə fəaliyyəti dəstəklənib. Həmçinin, cəmiyyətdə inklüziv davranış mədəniyyətinin təşviqi məqsədilə sosial şəbəkələrdə yayımlanan maarifləndirici videoların təsiri və əldə olunan nəticələr tədbir iştirakçıları ilə bölüşülüb. Qonaqlar inklüziv dəyərləri əks etdirən bədii film nümayişini izləyib, eləcə də xüsusi inklüziv rəqs tamaşasının şahidi olublar. Tədbirdə layihənin ideyası ətrafında birləşən tərəfdaş qurumların rəhbərləri də çıxış edərək inklüziv cəmiyyətin təşviqinə dair fikirlərini səsləndiriblər.

Tədbirdə iştirak edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Nar” ölkəmizdə inklüzivlik istiqamətində layihələr həyata keçirən ilk şirkətlərdən biridir. Xüsusilə qürurvericidir ki, bu təşəbbüslərimiz digər şirkətlər üçün də ilham və motivasiya rolunu oynayır. Biz inklüzivliyi dəstəkləməklə həm cəmiyyətin inkişafına, həm də biznes mühitində sosial məsuliyyətin güclənməsinə töhfə veririk”.

Sosial məsuliyyət fəaliyyətlərini ardıcıl şəkildə davam etdirən “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində təhsil, inklüzivlik və sosial rifah istiqamətində təşəbbüsləri dəstəkləməklə cəmiyyətdə bərabər imkanların təşviqinə və inklüziv dəyərlərin güclənməsinə töhfə verir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələrlə nar.az vasitəsilə tanış ola bilərsiniz. 

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol