• $
  • £

DYP piyadalara müraciət edib

DYP piyadalara müraciət edib
07.10.2025 15:37

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib. İdarədən verilən xəbərə görə, müraciətdə deyilir:

"Piyadaların qəflətən yolun hərəkət hissəsinə çıxması, yolu nəzərdə tutulmayan yerlərdən keçməsi və ya piyada zolaqlarında ləngiməsi ilk növbədə onların özləri və sürücülər üçün ciddi təhlükə yaradır. Belə qayda pozuntuları əksər hallarda xoşagəlməz nəticələrə, bəzən də ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb olur.

Qanunvericiliyin tələbinə əsasən, piyadalar yolu yalnız nəzərdə tutulmuş yerlərdən keçməli, dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməli, yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxmalıdırlar.

Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları kimi sizləri sadalanan qaydalara qeyd-şərtsiz əməl etməyə, öz həyat və sağlamlığınızı təhlükəyə atmamağa çağırırıq".

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tovuzda ikimərtəbəli evdə yanğın olub
Cəmiyyət 17:04
Tovuzda ikimərtəbəli evdə yanğın olub
İsti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq
Cəmiyyət 16:12
İsti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
Cəmiyyət 14:38
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:35
Sabahın hava proqnozu açıqlanıb
İmişlidə qəza - 3 nəfər xəsarət aldı
Cəmiyyət 13:14
İmişlidə qəza - 3 nəfər xəsarət aldı
Naxçıvanda bütün pensiyalar ödənilib
Cəmiyyət 12:08
Naxçıvanda bütün pensiyalar ödənilib
16 yaşlı Asimanın da meyiti tapılıb
Cəmiyyət 12:01
16 yaşlı Asimanın da meyiti tapılıb
Müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başladı
Cəmiyyət 11:36
Müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başladı
Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndəriləcək
Cəmiyyət 11:30
Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndəriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol