• $
  • £

3 990 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb - Əli Nağıyev

3 990 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb - Əli Nağıyev
09.10.2025 10:14

 

Azərbaycada müharibə illərində 3 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, onlardan 3 984-ü Birinci Qarabağ müharibəsi, 6-sı isə 2020-ci il Vətən müharibəsi dövrünə aiddir. Bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəhbəri Əli Nağıyev bildirib.

Nağıyevin sözlərinə görə, 11 mindən artıq donordan bioloji nümunələr toplanıb, onlardan 187-nin nəşi ailələrinə təhvil verilib. 

Axtarışlar nəticəsində 800-ə yaxın meyit qalıqları aşkarlanıb, işğaldan azad edilmiş ərazilərdə 29 kütləvi məzarlıq müəyyən edilib.

O qeyd edib ki, 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanmış sülh sazişi layihəsinin 9-cu maddəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsinə həsr olunub və Ermənistanla məlumat mübadiləsi bu sahədə yeni imkanlar yaradır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Cəmiyyət 14:00
Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Yağıntılar Bakıda sürüşmə zonalarında aktivliyi artırıb
Cəmiyyət 13:46
Yağıntılar Bakıda sürüşmə zonalarında aktivliyi artırıb
Bakıda qardaşın qətl edilməsi ilə bağlı cinayət işi açılıb
Cəmiyyət 13:32
Bakıda qardaşın qətl edilməsi ilə bağlı cinayət işi açılıb
Sərnişin daşıma qaydalarına dəyişiklik - Sərəncam
Cəmiyyət 13:22
Sərnişin daşıma qaydalarına dəyişiklik - Sərəncam
Daşkəsəndə 65 yaşlı qadına qarşı zorakılıq faktı üzrə cinayət işi açılıb - Video
Cəmiyyət 13:19
Daşkəsəndə 65 yaşlı qadına qarşı zorakılıq faktı üzrə cinayət işi açılıb - Video
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə yeni direktor təyin edilib
Cəmiyyət 13:17
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə yeni direktor təyin edilib
Sabah 25 dərəcə isti olacaq - Proqnoz
Cəmiyyət 13:12
Sabah 25 dərəcə isti olacaq - Proqnoz
Bakıda 2 yaşlı uşaq qəfil vəfat edib
Cəmiyyət 13:02
Bakıda 2 yaşlı uşaq qəfil vəfat edib
Mayda 5 gün ardıcıl iş olmayacaq
Cəmiyyət 12:56
Mayda 5 gün ardıcıl iş olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol