• $
  • £

Bakı metrosu maaşların ödənilməməsi iddialarına aydınlıq gətirib

Bakı metrosu maaşların ödənilməməsi iddialarına aydınlıq gətirib
09.10.2025 11:15

"Bakı Metropoliteni" QSC işçilərinin əmək haqlarının ödənilməməsi barədə son vaxtlar yayılmış məlumatlara münasibət bildirib.

Qurumdan verilən açıqlamasında deyilir ki, maaşlar Cəmiyyətin təsdiq edilmiş büdcəsi çərçivəsində, əmək haqqı fondunun ayrılmış məbləğinə uyğun olaraq plan üzrə və tam ödənilib. Bu zaman əmək müqavilələrinin şərtlərinə və əmək qanunvericiliyinin tələblərinə uyğunluq təmin olunur.

Ölkə Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən, bu ildən minimum əmək haqqı 400 manat müəyyən edilib. Sözügedən Sərəncamın icrasından irəli gələrək, Bakı metrosu yanvarın 1-dən müvafiq tədbirlər həyata keçirib, minimum əmək haqqında edilən dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq əməkdaşların maaşına tətbiq edilib. Hazırda metroda əmək haqqı qanunvericiliyin tələblərinə tam uyğundur və qurumun ödənilməmiş əmək haqqı öhdəliyi yoxdur.

Əmək haqqı artımları Cəmiyyətin təsdiq edilmiş büdcəsi, gəlirlər və xərclər nəzərə alınmaqla, korporativ idarəetmə prinsipləri çərçivəsində qəbul edilən qərarlar əsasında həyata keçirilə bilər. Hazırda Cəmiyyətin belə artımlarla bağlı hər hansı öhdəliyi mövcud deyil.

Əmək haqqı məbləğlərinə dair hər hansı dəyişiklik və yaxud yenilənmə baş verdiyi halda, bu barədə əməkdaşlar və aidiyyəti qurumlar rəsmi qaydada məlumatlandırılacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Cəmiyyət 14:00
Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Yağıntılar Bakıda sürüşmə zonalarında aktivliyi artırıb
Cəmiyyət 13:46
Yağıntılar Bakıda sürüşmə zonalarında aktivliyi artırıb
Bakıda qardaşın qətl edilməsi ilə bağlı cinayət işi açılıb
Cəmiyyət 13:32
Bakıda qardaşın qətl edilməsi ilə bağlı cinayət işi açılıb
Sərnişin daşıma qaydalarına dəyişiklik - Sərəncam
Cəmiyyət 13:22
Sərnişin daşıma qaydalarına dəyişiklik - Sərəncam
Daşkəsəndə 65 yaşlı qadına qarşı zorakılıq faktı üzrə cinayət işi açılıb - Video
Cəmiyyət 13:19
Daşkəsəndə 65 yaşlı qadına qarşı zorakılıq faktı üzrə cinayət işi açılıb - Video
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə yeni direktor təyin edilib
Cəmiyyət 13:17
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə yeni direktor təyin edilib
Sabah 25 dərəcə isti olacaq - Proqnoz
Cəmiyyət 13:12
Sabah 25 dərəcə isti olacaq - Proqnoz
Bakıda 2 yaşlı uşaq qəfil vəfat edib
Cəmiyyət 13:02
Bakıda 2 yaşlı uşaq qəfil vəfat edib
Mayda 5 gün ardıcıl iş olmayacaq
Cəmiyyət 12:56
Mayda 5 gün ardıcıl iş olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol