• $
  • £

Fərdi məlumatların istifadəsi ilə bağlı yeni qanun layihəsi hazırlanır - Nazirlik rəsmisi

Fərdi məlumatların istifadəsi ilə bağlı yeni qanun layihəsi hazırlanır - Nazirlik rəsmisi
09.10.2025 14:42

Azərbaycanda fərdi məlumatların istifadəsi ilə bağlı yeni qanun layihəsi hazırlanır. Sənədin məqsədi artan rəqəmsal təhdidlər fonunda kibertəhlükəsizliyi gücləndirmək və müasir çağırışlara cavab verməkdir. Bunu  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov deyib.

Onun sözlərinə görə, hər bir şəhərdə insanların evlərində internetə qoşulu çoxsaylı cihazlar var və bu, kütləvi şəkildə kibertəhlükəsizlik risklərini artırır.

“Bu cihazlar üzərindən həm şəxsiyyət, həm də biometrik məlumatlar toplanır. Bu da öz növbəsində genişmiqyaslı kibertəhlükə yaradır,” – Zeynalov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində bildirib.

O əlavə edib ki, hazırlanmaqda olan yeni qanun layihəsinin məqsədi fərdi məlumatların qorunması sahəsində hüquqi çərçivəni müasirləşdirmək və vətəndaşların rəqəmsal təhlükəsizliyini təmin etməkdir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Cəmiyyət 14:00
Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Yağıntılar Bakıda sürüşmə zonalarında aktivliyi artırıb
Cəmiyyət 13:46
Yağıntılar Bakıda sürüşmə zonalarında aktivliyi artırıb
Bakıda qardaşın qətl edilməsi ilə bağlı cinayət işi açılıb
Cəmiyyət 13:32
Bakıda qardaşın qətl edilməsi ilə bağlı cinayət işi açılıb
Sərnişin daşıma qaydalarına dəyişiklik - Sərəncam
Cəmiyyət 13:22
Sərnişin daşıma qaydalarına dəyişiklik - Sərəncam
Daşkəsəndə 65 yaşlı qadına qarşı zorakılıq faktı üzrə cinayət işi açılıb - Video
Cəmiyyət 13:19
Daşkəsəndə 65 yaşlı qadına qarşı zorakılıq faktı üzrə cinayət işi açılıb - Video
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə yeni direktor təyin edilib
Cəmiyyət 13:17
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə yeni direktor təyin edilib
Sabah 25 dərəcə isti olacaq - Proqnoz
Cəmiyyət 13:12
Sabah 25 dərəcə isti olacaq - Proqnoz
Bakıda 2 yaşlı uşaq qəfil vəfat edib
Cəmiyyət 13:02
Bakıda 2 yaşlı uşaq qəfil vəfat edib
Mayda 5 gün ardıcıl iş olmayacaq
Cəmiyyət 12:56
Mayda 5 gün ardıcıl iş olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol