• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Kiçik bizneslərin də infrastrukturu böyük şirkətlərə təsir göstərə bilər - Davud Rüstəmov

Kiçik bizneslərin də infrastrukturu böyük şirkətlərə təsir göstərə bilər - Davud Rüstəmov
09.10.2025 15:33

Azərbaycanda rəqəmsallaşma və ağıllı şəhərlərin inkişafı istiqamətində atılan addımlar yeni imkanlarla yanaşı, təhlükəsizlik baxımından da ciddi çağırışlar yaradır. Bunu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu gün kibertəhlükəsizlik yalnız iri şirkətlərin deyil, bütün iqtisadi subyektlərin diqqət mərkəzində olmalıdır.

“Burada çox vacib məqamlar səsləndirildi. Hətta kiçik və orta sahibkarlıq subyektlərinin belə infrastrukturları böyük bizneslərin infrastrukturuna təsir göstərə bilir. Qeyd etmək lazımdır ki, Avropa İttifaqında tətbiq olunan NIS 2 direktivi artıq kiçik və orta sahibkarlıq subyektlərini də kritik infrastruktur siyahısına daxil edir. Azərbaycanda isə hələlik yalnız iri özəl sektor subyektləri bu kateqoriyaya daxildir”, -  Rüstəmov bildirib.

Onun sözlərinə görə,  kibertəhdidlərdən heç kim tam sığortalanmayıb.

“Kiberhücumlar kiçik və orta bizneslərə yönəlsə belə, onların təsiri böyük şirkətlərin sistemlərinə də sirayət edə bilər. Buna heç kim tam zəmanət verə bilməz”,  - o vurğulayıb.

DTX rəsmisi qeyd edib ki, Azərbaycanın beynəlxalq sistemə inteqrasiyası və rəqəmsallaşmanın dərinləşməsi ilə kibertəhlükəsizlik məsələlərinin əhəmiyyəti daha da artır:

“Ağıllı şəhərlərin inkişafı istiqamətində ölkəmizdə böyük investisiyalar və siyasi qərarlar mövcuddur. Azərbaycanın beynəlxalq sistemə inteqrasiyası sürətlə gedir və bu, qürurverici haldır, lakin eyni zamanda yeni çağırışlar da yaradır. Rəqəmsallaşma dərinləşdikcə, təhlükəsizlik məsələləri daha da ön plana çıxır”,  -  DTX rəsmisi bildirib.

O vurğulayıb ki, bu sahədə effektiv nəticələr əldə etmək üçün dövlət və özəl sektorun koordinasiyalı fəaliyyəti vacibdir:

“Milli kibertəhlükəsizlik strategiyası hazırlanır, biznes subyektləri üçün təlim və maarifləndirmə proqramları həyata keçirilir. Lakin real effektivlik üçün bütün maraqlı tərəflərin birlikdə çalışması vacibdir”,  - Rüstəmov vurğulayıb.

Davud Rüstəmov yekunda bildirib ki, kibertəhlükəsizlik artıq təkcə texniki məsələ deyil, milli təhlükəsizlik və iqtisadi sabitlik məsələsidir:

“Azərbaycanın ağıllı şəhərlər, yaşıl enerji və rəqəmsal iqtisadiyyat kimi strateji prioritetləri yalnız təhlükəsiz rəqəmsal infrastruktur üzərində dayanıqlı ola bilər”, - o bildirib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 16:32
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol