• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

İlham Əliyev və Vladimir Putin Düşənbədə danışıqlar aparıblar

İlham Əliyev və Vladimir Putin Düşənbədə danışıqlar aparıblar
09.10.2025 15:48

Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.

Rusiya mətbuatının məlumatına görə, Vladimir Putin görüşə Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı vəziyyətin müzakirəsindən başlamağı təklif edib.

Rusiya Prezidenti bildirib ki, baş verən faciə ilə əlaqədar bir daha dərin hüznlə başsağlığı verir və hadisənin Rusiya hava məkanında baş verməsinə görə üzr istəyir.

Putinin sözlərinə görə, Rusiya təhqiqatla bağlı bütün razılaşdırılmış dəstəyi göstərir.

“AZAL təyyarəsinin qəzaya uğramasının səbəbləri, o cümlədən hadisə zamanı Rusiya hava məkanında Ukraynaya məxsus pilotsuz uçuş aparatının olması ilə bağlıdır,” –  Rusiya Prezidenti bildirib.

O qeyd edib ki, “hadisə günü Rusiya hava məkanına üç Ukrayna PUA-sı daxil olub. Rusiya HHM sistemindən buraxılan iki raket təyyarəyə birbaşa dəyməyib, bir neçə metr məsafədə partlayıb. Təyyarə çox güman ki, raket parçaları ilə zədələnib.”

Daha əvvəl – saat 15:23-də – Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədəki “Kohi Somon” hökumət iqamətgahında görüş keçirdiyi bildirilmişdi.

Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfər edib.

Düşənbə beynəlxalq hava limanında dövlət başçısını Tacikistan Milli Məclisinin sədri Rüstəm Emoməli və digər rəsmi şəxslər qarşılayıblar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 16:32
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol