• $
  • £

201 nömrəli məktəbin direktoru Afaq Əliyeva vəzifəsindən azad edilib

201 nömrəli məktəbin direktoru Afaq Əliyeva vəzifəsindən azad edilib
10.10.2025 09:19

Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyin direktoru Eşqi Bağırovun əmri ilə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Bu barədə qurumdan bildirilib. 

Əliyevaya qarşı intizam tədbiri bu ilin iyulunda tətbiq olunub. O zaman Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən – vəzifə öhdəliklərini keyfiyyətsiz yerinə yetirdiyinə görə – ona rəsmi töhmət verilmişdi. Qurum tərəfindən xəbərdarlıq edilmişdi ki, oxşar hallar təkrarlandığı halda daha ciddi intizam tədbiri görüləcək.

Qərar, təhsil müəssisələrində aparılan monitorinqlər zamanı aşkar edilən nöqsanlar əsasında qəbul olunub. Agentlik bildirib ki, yoxlamalar davamlı xarakter daşıyır və qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin olunur.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıb
Cəmiyyət 13:15
Qızıl-zinət əşyalarının satışı adı ilə 317 min manatlıq dələduzluq edən iki nəfər saxlanılıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 13:11
Faktiki hava açıqlanıb
Sabah yağış yağacaq
Cəmiyyət 12:51
Sabah yağış yağacaq
Sumqayıtda dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb
Cəmiyyət 12:39
Sumqayıtda dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 12:21
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 11:38
Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Cəmiyyət 11:00
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib
Cəmiyyət 10:46
Biləsuvarda son 15 gündə 26 nəfəri it dişləyib
FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 09:58
FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol