• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Azərbaycan rusdilli ölkədir, bu münasibətlərimizin inkişafı üçün əsasdır -Putin

Azərbaycan rusdilli ölkədir, bu münasibətlərimizin inkişafı üçün əsasdır -Putin
10.10.2025 16:47

Azərbaycan demək olar ki, rusdilli ölkədir və ölkənin hər yerində rus dili öyrənilir.  Bunu Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, bu fakt Azərbaycan-Rusiya münasibətlərinin fundamental xarakter daşıdığını göstərir.

Putin Azərbaycan Prezidenti İlham Əliyevlə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın obyektiv aparılması barədə razılığa gəldiklərini vurğulayıb.

“Axır ki, biz bunu etdik, İlham Heydər oğlu ilə razılaşdıq ki, bu istintaq obyektiv aparılsın, o cümlədən Beynəlxalq Aviasiya Komitəsi və digər beynəlxalq təşkilatlar təqdim olunmuş bütün materiallardan istifadə etsinlər. İstintaq artıq başa çatmaq üzrədir. Ümumilikdə hər şey aydındır, yalnız bəzi detallar var ki, mütəxəssislər onları rəsmiləşdirməlidirlər”,  -  Putin deyib.

Rusiya lideri əlavə edib ki, faciəvi səhifə artıq geridə qalır və tərəflər gələcək planlara diqqət yetirməlidirlər.

“Ümid edirəm ki, bu səhifəni çevirdik. Qarşıda bizi böyük planlar gözləyir. Logistika, sənaye kooperasiyası və humanitar sahədə. Əminəm ki, emosiyalar mane olmayacaq və irəliləməyimizə əngəl yaratmayacaq”, -  Rusiya prezidenti deyib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 16:32
Azərbaycanın İrandakı Səfirliyi fəaliyyətini bərpa edib
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol