• $
  • £

Abdullah Gül: Türkiyə hökumətinin tərkibi dəyişə bilər

Abdullah Gül: Türkiyə hökumətinin tərkibi dəyişə bilər
29.05.2020 09:04

Türkiyə hökumətinin tərkibi dəyişə bilər. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Abdullah Gül deyib.

Prezidentin sözlərinə görə, bu məsələ Baş nazir Rəcəb Tayyib Ərdoğanın Pakistan səfərindən qayıtmasından sonra həll olunacaq.

A.Gül qeyd edib ki, Türkiyədə yaxın vaxtlarda yekun qərar verəcək müstəqil istintaq və məhkəmə var: "Əgər ölkədə korrupsiya varsa, bunun üstünü örtmək mümkün olamayacaq".

Xatırladaq ki, İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində 52 nəfər saxlanılmışdı. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan da olub. Bununla yanaşı, korrupsiya qalmaqalını araşdıran yüksək vəzifəli polis məmurları işdən azad edilib.

Daha sonra İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir və saxlanılan iş adamı Əli Ağaoğlu sərbəst buraxılıb

Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub. Həmçinin korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın adı hallanır.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyədə korrupsiya qalmaqalında adı hallanan Fatih bələdiyyəsinin sədri Mustafa Dəmir həbsdən azad edilib. Həmçinin məhkəmənin qərarı ilə daxili işlər nazirinin oğlu Barış Gülər və iş adamı Rza Zərrab barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə həbs olunanlar arasında iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan da var.

Trend

Oxşar xəbərlər
Oxşar xəbərlər
SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib
Dünya 23:30
SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
Dünya 22:27
KİV: İsfahanda zavoda hücum nəticəsində 15 nəfər həlak olub
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Dünya 19:28
BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
Dünya 12:00
Amsterdamda yəhudi məktəbində partlayış baş verib
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Dünya 09:55
İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol