Şuşada 100-dən çox ailə öz mənzilini bərpa edəcək

Şuşada 100-dən çox ailə öz mənzilini bərpa edəcək. Bunu anews.az-a açıqlamasında prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
"100-dən çox ailə müraciət edib. Hansı ki, onlar 30 il öncə öz yaşadıqları evlərə qayıtmaq istəyirlər. Onlar üçün şərait yaradılacaq ki, öz hesablarına həmin evləri təmir edib köçsünlər",- -Kərimov deyib.
Gülnar Nazimqızı