• $
  • £

Qanunsuz orden və medal hazırlayan QHT rəhbərləri cinayət məsuliyyətinə cəlb edilib

Qanunsuz orden və medal hazırlayan QHT rəhbərləri cinayət məsuliyyətinə cəlb edilib
17.10.2025 11:24

Qanunsuz olaraq orden və medallar hazırlayaraq çoxsaylı şəxslərə təqdim edən Qeyri-Hökumət Təşkilatlarının (QHT) vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən bəzi Qeyri-Hökumət Təşkilatları tərəfindən qanunsuz olaraq müxtəlif adda orden və medallar təsis edilərək ayrı-ayrı şəxslərə verilməsi faktları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həyata keçirilən tədbirlərlə ayrı-ayrı qeyri-hökumət təşkilatları, o cümlədən "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri", "Azərbaycan Vətən Müharibəsi Veteranları", "Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi", "Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı", "Qarabağ Əlillərinə Qayğı", "Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birlikləri, "Beynəlmiləlçi Əlil Döyüşçülər" və "Dədə Qorqud Xeyriyyə" Fondları, habelə digər qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin öz vəzifə səlahiyyətlərini aşmalarına əsaslı şübhələr müəyyən edilib.

Belə ki, qanunvericiliyə, o cümlədən "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna uyğun olaraq orden və medalların vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifi olması, digər normativ hüquqi aktlarda orden və medalların (o cümlədən orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis olunmasının qadağan olunması, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanuna uyğun olaraq isə qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinin yolverilməz olmasının təsbit edilməsinə baxmayaraq, sözügedən qeyri-hökümət təşkilatlarının vəzifəli şəxsləri vəzifə səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxmaqla qanunsuz olaraq müxtəlif adda çoxsaylı orden, medal və döş nişanları təsis ediblər.

Eləcə də həmin orden medal və döş nişanlarını şəxsi münasibətlərə görə, həmçinin müxtəlif məbləğlərdə pul vəsaiti qarşılığında çoxsaylı şəxslərə təqdim ediblər.

Keçirilmiş axtarış və digər istintaq hərəkətləri ilə 1.518 ədəd orden və medal, 777 ədəd orden və medalların vəsiqələri, 7 ədəd kitabça, qeyd edilən orden və medalların müxtəlif vaxtlarda 8.069 nəfər şəxsə təqdim edilməsinə dair qeydlər və digər maddi sübutlar götürülüb.

Toplanmış ilkin sübutlarla "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun sədri Səyyaf Orucov, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev və "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Füzuli Rzaquliyevə Cinayət Məcəlləsinin 309.1-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - Video - Yenilənib
Cəmiyyət 23:10
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - Video - Yenilənib
Kəlbəcərdə yük avtomobili aşıb, 3 nəfər ölüb
Cəmiyyət 20:46
Kəlbəcərdə yük avtomobili aşıb, 3 nəfər ölüb
BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirib, tapşırıqlar verib - Yenilənib
Cəmiyyət 19:16
BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirib, tapşırıqlar verib - Yenilənib
Lənkəranda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 18:25
Lənkəranda avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb
Xaçmazda yaşayış evlərini su basıb,22 nəfər təxliyə edilib - Video
Cəmiyyət 15:10
Xaçmazda yaşayış evlərini su basıb,22 nəfər təxliyə edilib - Video
Respublikanın əksər çaylarında sululuq artıb
Cəmiyyət 14:15
Respublikanın əksər çaylarında sululuq artıb
Sutkalıq və aylıq yağıntı üzrə rekord göstəricilər yenilənib
Cəmiyyət 13:49
Sutkalıq və aylıq yağıntı üzrə rekord göstəricilər yenilənib
Bakıda intensiv yağışlar davam edəcək, subasma gözlənilir -SABAHIN HAVASI
Cəmiyyət 13:32
Bakıda intensiv yağışlar davam edəcək, subasma gözlənilir -SABAHIN HAVASI
“Biləsuvar” gömrük postunda 56 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
Cəmiyyət 13:13
“Biləsuvar” gömrük postunda 56 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol