Siyarto Rusiya və ABŞ rəsmiləri ilə sammitə hazırlıq üzrə telefon danışığı aparıb

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto cümə axşamı axşam saatlarında Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə telefon danışığı aparıb. Bu barədə nazir özü məlumat yayıb.
Görüşlər qarşıdan gələn regional sammitin təşkili və iştirakla bağlı məsələlərin müzakirəsinə həsr olunub.
“Dünən axşam saatlarında ABŞ dövlət katibinin müavini Kristofer Landau və Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığım oldu və biz sammitə hazırlığa başlamışıq,” – Siyarto Facebook səhifəsində paylaşım edib.
Nazir əlavə təfərrüatları açıqlamasa da, sammitin Macarıstanda keçirilməsi planlaşdırılır.
Hazırda keçiriləcəyi planlaşdırılan sammitin mövzusu və tarixi rəsmi olaraq açıqlanmayıb.
Aytac
Son xəbərlər
Daha çox 