• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Sahibə Qafarova PAİ Baş katibi ilə görüşüb

Sahibə Qafarova PAİ Baş katibi ilə görüşüb
19.10.2025 22:14

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyası çərçivəsində təşkilatın baş katibi Martin Çunqonq ilə görüşüb.Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Görüşdə Azərbaycan Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər bundan əvvəlki görüşləri məmnunluqla xatırlayaraq bu kimi təmasların təşkilat və ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.

Söhbət zamanı bu kimi tədbirlərin mühüm beynəlxalq məsələlərin müzakirəsi baxımından vacib və əlverişli platforma olduğu qeyd edilib, PAİ-nin təşkilata üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsindəki mühüm rolu vurğulanıb.

Görüşdə prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti də təqdir olunaraq Azərbaycan Milli Məclisinin sədrliyi ilə təşkilatın institusional inkişafı və beynəlxalq nüfuzunun artması istiqamətində əldə olunan nailiyyətlər yüksək qiymətləndirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol