Azərbaycan 48 ölkədən biri olaraq özünəməxsus kosmik resurs əldə edib-Dunay Bədirxanov

Azərbaycan 48 ölkədən biri olaraq özünəməxsus kosmik resurs əldə edib. Bunu Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov deyib.
"Hazırda Azərbaycan istədiyi zaman 46 dərəcə Şərq uzunluğunda orbitə peyk qaldıra bilər. Xidmətlərimizdən 50-dən çox ölkə 200-dən artıq şirkət yararlanır. Bu il biz Afrika bazarında mövcudluğumuzun 10 ilini qeyd edirik",- Bədirxanov "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirində vurğulayıb.
Aytac Zeynalova