• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Azərbaycan Ermənistana yük tranziti məhdudiyyətlərini aradan qaldırıb – Əliyev

Azərbaycan Ermənistana yük tranziti məhdudiyyətlərini aradan qaldırıb – Əliyev
21.10.2025 13:12

Rəsmi Bakı Ermənistana yük tranzitinə dair mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev  Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub”, –  Əliyev bildirib.

Dövlət başçısı bu addımı Azərbaycan-Ermənistan münasibətlərində real sülhün əlaməti kimi qiymətləndirib

“Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir", - Əliyev bildirib.

Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağ üzərində tam suverenliyini bərpa etdikdən sonra Bakı və İrəvan arasında sülh sazişi üzrə danışıqlar intensivləşib. Tərəflər, xüsusilə nəqliyyat-kommunikasiya xətlərinin açılması və qarşılıqlı iqtisadi əlaqələrin normallaşdırılması mövzusunda irəliləyişə çalışır.

İlk praktiki addım kimi, Qazaxıstanın taxıl yükü Azərbaycandan Ermənistana tranzitlə daşınıb. 

Aytac 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol