• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

"Space TV"də qohum evliliyi ilə bağlı görüntülərə görə xəbərdarlıq edilib

"Space TV"də qohum evliliyi ilə bağlı görüntülərə görə xəbərdarlıq edilib
21.10.2025 13:29

Azərbaycan Respublikası Audiovizual Şurası "Space TV" telekanalına xəbərdarlıq edib. Səbəb kimi, oktyabrın 8-də yayımlanan "Banu" proqramında qohumlar arasında bağlanmış nikaha dair toy görüntülərinin efirə verilməsi göstərilib.

Şuradan  verilən məlumata görə, yayımlanan süjetdə nümayiş etdirilən toy şənliyi qanunvericiliyin son dəyişiklikləri fonunda uyğun hesab olunmayıb. 2025-ci il iyulun 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsi ilə qardaşların və/və ya bacıların ümumi bioloji nənə və ya babası olan övladları arasında nikah bağlanması qadağan edilib.

Audiovizual Şura müəyyən edib ki, süjetdə göstərilən toy mərasimi 2025-ci il martın 6-da rəsmiləşdirilmiş nikah əsasında keçirilib və lentə bir neçə ay əvvəl alınsa da, texniki səbəbdən 8 oktyabr 2025-ci il tarixində efirə verilib.

Monitorinq nəticəsində qanunvericiliyin pozulması halı qeydə alınsa da, kanal tərəfindən pozuntunun etiraf olunması və məsul əməkdaşla bağlı tədbirlərin görüldüyü nəzərə alınaraq "Space TV"yə xəbərdarlıqla kifayətlənmək qərarı verilib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol