• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Prezident: Zəngəzur dəhlizinin Azərbaycandakı hissəsi 2026-cı ilə qədər tamamlanacaq

Prezident: Zəngəzur dəhlizinin Azərbaycandakı hissəsi 2026-cı ilə qədər tamamlanacaq
21.10.2025 13:56

Zəngəzur dəhlizi layihəsinin ölkə ərazisində yerləşən avtomobil və dəmir yolu infrastrukturu 2026-cı ilin ortalarına qədər tamamlanacaq. Bu barədə Prezident İlham Əliyevı Qazaxıstanda keçirilən mətbuat konfraqsında bildirilib.

“Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər", - Əliyev deyib. 

Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla, oradan da Türkiyə və daha geniş regionla birləşdirəcək mühüm nəqliyyat marşrutudur. Bu layihə həm də Orta Dəhlizin inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan və Ermənistan arasında dəmir yolu bağlantısının bərpası TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu) adlı layihə çərçivəsində həyata keçirilir və bu proses ən azı iki il çəkə bilər.

“Tərəflər artıq əsas prinsiplər üzrə razılığa gəlib və indi ABŞ nümayəndə heyəti ilə birlikdə keçidin texniki aspektləri və təklif olunan konsorsium şirkəti üzərində işləyirik,” – Mirzoyan Polşanın “TVP World” kanalına müsahibəsində deyib.

Zəngəzur dəhlizi layihəsi 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanatda qeyd edilib. Layihə, Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpasını və Ermənistan ərazisindən keçməklə daha geniş logistik şəbəkənin qurulmasını nəzərdə tutur.
 

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol