• $ 1.7
  • € 1.9561
  • ₽ 0.020897
  • ₺ 0.0404
  • £ 2.2206

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb


COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
22.10.2025 10:15

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

 Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2026-cı il yanvarın 1-dək veriləcək.

Əvvəl bu müddət 2025-ci il oktyabrın 1- dək müəyyən edilmişdi.

COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində iş vaxtına mütənasib olaraq ödənilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fəzail Ağamalının oğlu partiyadan çıxarılıb
Cəmiyyət 22:00
Fəzail Ağamalının oğlu partiyadan çıxarılıb
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək
Cəmiyyət 21:39
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək
Qaradağda erkən nikahın qarşısı alınıb
Cəmiyyət 18:50
Qaradağda erkən nikahın qarşısı alınıb
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə olunub
Cəmiyyət 18:12
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə olunub
Bakı metrosu Zəfər Günündə gücləndirilmiş rejimdə çalışacaq
Cəmiyyət 18:05
Bakı metrosu Zəfər Günündə gücləndirilmiş rejimdə çalışacaq
Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin baş planları hazırlanır
Cəmiyyət 18:04
Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin baş planları hazırlanır
Hikmət Hacıyev NATO nümayəndələri ilə görüşüb
Cəmiyyət 17:01
Hikmət Hacıyev NATO nümayəndələri ilə görüşüb
Bakıda 301 nömrəli tam orta məktəbə direktor təyin edilib
Cəmiyyət 16:59
Bakıda 301 nömrəli tam orta məktəbə direktor təyin edilib
Hər həftə yeni həyəcan – növbəti lüks avtomobil qalibinə təhvil verildi!
Cəmiyyət 16:52
Hər həftə yeni həyəcan – növbəti lüks avtomobil qalibinə təhvil verildi!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol