• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Azər Əmiraslanov: Müstəqil siyasətin əsası iqtisadi dayanıqlıqdır

Azər Əmiraslanov: Müstəqil siyasətin əsası iqtisadi dayanıqlıqdır
22.10.2025 11:11

Azərbaycanın müstəqil siyasət yürütməsi onun iqtisadi dayanıqlığı ilə birbaşa bağlıdır. Bunu Milli Məclisin deputatı Azər Əmiraslanov oktyabrın 22-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktim konfransında bildirib.

"Dünyanın hər yerində dövlət suverenliyi ali prinsip kimi qəbul olunur. Suverenlik isə ilk növbədə müstəqil qərarvermə və siyasət yürütmək bacarığıdır. Bunun üçün isə iqtisadi əsasların möhkəm olması vacibdir", – Əmiraslanov vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan bu gün tam müstəqil siyasət aparan dövlətlərdən biridir.

"Bu illər ərzində ölkə iqtisadiyyatı güclənib, bir sıra strateji sənədlər qəbul olunub. Həmin sənədlər Azərbaycanın uzunmüddətli inkişafında və iqtisadi təhlükəsizliyində mühüm rol oynayıb", – deputat əlavə edib.

Azərbaycan iqtisadiyyatı son 20 ildə mühüm transformasiyalardan keçib. 2003–2025-ci illər arasında ÜDM-də kəskin artım müşahidə olunub, xarici borc səviyyəsi aşağı, strateji valyuta ehtiyatları isə sabit qalıb. Eyni zamanda, ölkə enerji sektoruna əsaslanaraq qeyri-neft sektorunun inkişafına da önəm verib.

Azərbaycan 2025-ci ilin ilk dövründə 35,4 milyard dollar həcmində xarici ticarət dövriyyəsi həyata keçirib və bu da iqtisadi dayanıqlığın göstəricilərindən biri kimi qiymətləndirilir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol