• $
  • £

Azərbaycanın xarici borcu ÜDM-in 6,5%-i səviyyəsindədir - Deputat

Azərbaycanın xarici borcu ÜDM-in 6,5%-i səviyyəsindədir - Deputat
22.10.2025 11:28

Azərbaycanın xarici dövlət borcu 5 milyard ABŞ dolları təşkil edir ki, bu da ümumi daxili məhsulun (ÜDM) 6,5%-i səviyyəsindədir. Bunu Milli Məclisin deputatı Azər Əmiraslanov  oktyabrın 22-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktim konfransında bildirib.

Deputat qeyd edib ki, ölkənin daxili dövlət borcu isə 17 milyard manat olmaqla ÜDM-in 13,1%-ni təşkil edir.

“Azərbaycanın strateji valyuta ehtiyatları 80 milyard dolları keçib. Bu, ölkənin maliyyə sabitliyinin və iqtisadi təhlükəsizliyinin mühüm göstəricisidir”, – Əmiraslanov vurğulayıb.

Onun sözlərinə görə, iqtisadi müstəqillik yalnız statistik göstəricilər deyil, həm də daxili və xarici risk faktorlarının idarə olunması ilə təmin edilməlidir.

“İqtisadi müstəqilliyi daim möhkəmləndirmək lazımdır. Risk faktorlarını aradan qaldırmaq üçün davamlı islahatlara ehtiyac var”, –  deputat əlavə edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol