• $
  • £

Deputat: Neft sektoru dövlətin nəzarətində qalmalıdır

Deputat: Neft sektoru dövlətin nəzarətində qalmalıdır
22.10.2025 11:54

Azərbaycanın Milli Məclisinin deputatı Ziyad Səmədzadə neft sektorunun özəlləşdirilməsi ilə bağlı irəli sürülən təklifləri tənqid edib. Onun sözlərinə görə, bu cür yanaşmalar milli maraqlara uyğun deyil və ölkənin iqtisadi müstəqilliyini təhlükə altına qoya bilər. Bu barədə deputat  oktyabrın 22-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktim konfransında bildirib.

“Mətbuatda səsləndirilir ki, “Əsrin müqaviləsi” olmasaydı, müstəqil ola bilməzdik, torpaqlarımızı azad edə bilməzdik. İndi bəziləri neft şirkətlərini, strateji sahələri özəlləşdirməyi təklif edir. Bu əsassız və təhlükəli yanaşmadır”, –  Səmədzadə bildirib.

O xatırladıb ki, mərhum Prezident Heydər Əliyev də vaxtilə neft sahəsinin özəlləşdirilməsinə qarşı çıxmış, bu sahənin dövlətin əlində saxlanmasının zəruri olduğunu bəyan etmişdi.

“Neft sektoru dövlətin strateji dayağıdır. Heydər Əliyev açıq şəkildə bildirirdi ki, bu sahənin bir neçə şəxsin nəzarətinə keçməsi milli təhlükəsizliyə ziddir. Mən də bu gün eyni fikirdəyəm – bu təkliflər cəmiyyətə yanlış mesajlar verir",–  deputat əlavə edib.

Ziyad Səmədzadə həmçinin iqtisadi liberallaşma siyasətinə də ehtiyatlı yanaşmanın vacib olduğunu bildirib. Onun sözlərinə görə, liberallaşma müəyyən sahələrdə müsbət nəticə versə də, strateji sektorlar üçün risklər yaradır.

“Azərbaycanda liberallaşma prosesi elə mərhələyə çatıb ki, bəzən Almaniyadan da irəli getdiyimizi deyirlər. Amma bu prosesin optimal həddi olmalıdır. Qeyd edilməlidir ki, liberallaşmanın ifratı milli iqtisadi təhlükəsizlik üçün risk daşıyır", –  o vurğulayıb.

Deputat qeyd edib ki, xarici investorların ölkəyə ucuz məhsullar gətirməsi nəticəsində vaxtilə fəaliyyət göstərən bəzi yerli sənaye müəssisələri, o cümlədən soyuducu və kondisioner zavodları fəaliyyətini dayandırıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol