• $
  • £

2024-cü ildə yoxsulluq və işsizlik 5,2 faizə düşüb - Nazir müavini

2024-cü ildə yoxsulluq və işsizlik 5,2 faizə düşüb - Nazir müavini
22.10.2025 12:08

2024-cü il üzrə Azərbaycanda yoxsulluq və işsizlik səviyyəsi 5,2%-ə enib. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov oktyabrın 22-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktim konfransında bildirib.

Onun sözlərinə görə, sosial-iqtisadi göstəricilərdəki bu müsbət dinamika ölkənin iqtisadi siyasətində sabitliyin və məqsədyönlü islahatların nəticəsidir.

“İqtisadi göstəricilərimiz yaxşılaşır. 2004-2024-cü illərdə Azərbaycan iqtisadiyyatı 3.8 dəfə, o cümlədən qeyri-neft sektoru 3.7 dəfə artıb. 2003-cü ildə yoxsulluq səviyyəsi 44.7%, işsizlik səviyyəsi 9.2% təşkil etdiyi halda, həyata keçirilmiş tədbirlər nəticəsində 2024-cü ildə həm yoxsulluq, həm də işsizlik səviyyəsi təxminən 5.3%-ə düşüb.Lakin bu kifayət deyil – biz müstəqilliyimizi yalnız qoruyub saxlamaqla yox, onu gələcək nəsillərə gücləndirərək ötürməklə məsuliyyət daşıyırıq",– Ələkbərov vurğulayıb.

Nazir müavini əlavə edib ki, iqtisadi dayanıqlığın təmin olunması, həmçinin sosial rifahın artırılması hökumətin prioritetləri sırasındadır.

Azərbaycan hökuməti 2022-ci ildən etibarən sosial rifahın artırılması, məşğulluğun stimullaşdırılması və aztəminatlı əhalinin dəstəklənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yoxsulluq səviyyəsi son 20 ildə 44%-dən 5%-ə qədər azalıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol