• $
  • £

Dünya iqtisadiyyatı qeyri-sabit vəziyyətdədir - maliyyə nazirinin müavini

Dünya iqtisadiyyatı qeyri-sabit vəziyyətdədir - maliyyə nazirinin müavini
22.10.2025 12:47

Dünya iqtisadiyyatında mövcud olan qeyri-sabitlik, geosiyasi risklər və inflyasiya təzyiqləri fonunda Azərbaycan dayanıqlı və balanslı iqtisadi idarəetmə modeli ilə seçilir. Bunu maliyyə nazirinin müavini Azər Bayramov oktyabrın 22-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktim konfransında bildirib.

“Hazırda bir çox ölkələrdə yüksək borclanma, büdcə kəsiri və donor maliyyələşməsinə ehtiyac müşahidə olunur. Belə bir şəraitdə Azərbaycanın üstünlüyü ehtiyatlı fiskal siyasət, nizamlı iqtisadi idarəetmə və koordinasiyalı qərarvermə prosesidir", – Bayramov vurğulayıb.

Nazir müavini qeyd edib ki, ölkənin iqtisadi suverenliyinin daha da gücləndirilməsi məqsədilə yeni inkişaf hədəfləri müəyyənləşdirilib.

Bayramovun sözlərinə görə, Azərbaycanın qarşısında duran əsas prioritetlər bunlardır:

Daxili istehsalın genişləndirilməsi, texnoloji müstəqilliyin təmin olunması,idxalı əvəz edən və ixracyönümlü sahələrin inkişafı, fiskal dayanıqlığın qorunması və rəqəmsal nəzarət sistemlərinin tətbiqi, insan kapitalının yeni mərhələyə hazırlanması – təhsil və innovasiyaya.

Qlobal iqtisadi şəraitdə inflyasiya səviyyəsinin yüksəlməsi, enerji və ərzaq bazarlarında qeyri-sabitlik, geosiyasi gərginliklər və ticarət müharibələri bir sıra ölkələrin iqtisadi dayanıqlığını zəiflədib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı 2025-ci il üçün qlobal artım proqnozlarını aşağı salıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol