Gümrüdə etiraz aksiyasında iştiraka görə 37 nəfər saxlanılıb
Gümrü meriyasının qarşısında etiraz aksiyasında iştirak etmiş 37 nəfər saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
İstintaq Komitəsinin məlumatına görə, saxlanılanlarla bağlı kütləvi iğtişaşlarda iştirak və ədalət mühakiməsinin həyata keçirilməsinə maneə törətmə faktları üzrə cinayət işləri açılıb.