Bakı metrosunda sərnişin ölüb

Bu gün saat 18:30 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 60-65 yaşlarında kişi sərnişin vəfat edib.Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Məlumata görə, sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, ilkin yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.