• $
  • £

Neft və qaz bahalaşıb, ABŞ ehtiyatları azalıb

Neft və qaz bahalaşıb, ABŞ ehtiyatları azalıb
23.10.2025 09:53

Nyu-Yorkun “NYMEX” birjasında təbii qaz və neftin fyuçers qiymətləri artıb, ABŞ-da isə kommersiya neft ehtiyatları azalıb.

Noyabr tədarüklü təbii qaz fyuçersləri 0,23% bahalaşaraq 1 milyon BTU üçün 3,45 dollar olub.

Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçersləri 3,23% artaraq 64,61 dollar, Nyu-York birjasında WTI markalı neftin qiyməti isə 3,37% yüksələrək 60,47 dollar təşkil edib.

Azərbaycanın Azeri Light (CIF) markalı nefti də 1,05 dollar və ya 1,68% bahalaşaraq 63,45 dollar/barel səviyyəsinə çatıb.

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, ölkənin kommersiya neft ehtiyatları ötən həftə 961 min barel azalaraq 422,8 milyon barel olub. Analitiklər artım gözləyirdi, lakin azalma qiymətlərin yüksəlməsinə səbəb olub.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində Azeri Light neftinin orta qiyməti 70 dollar/barel səviyyəsində nəzərdə tutulub.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol