• $ 1.7
  • € 1.9561
  • ₽ 0.020897
  • ₺ 0.0404
  • £ 2.2206

Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq


Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq
24.10.2025 11:26

5 noyabr və 4 dekabr tarixlərində ardıcıl iki Super Ay hadisəsi müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Super Ay hadisəsi Tam (dolu) Ay fazası Ay öz orbitinin perigeyində (Yerə ən yaxın) olduğu vaxta təsadüf edir. Perigey məsafəsi 360000 km-dən kiçik olarsa, bu zaman baş verən Tam (dolu) Ay Super Ay adlanır. Ay bu məsafədə olanda adi tam Aydan 7–14% böyük və təxminən 15–30% parlaq görünür. Məsələn, noyabrın 5-də və dekabrın 4-də Ay adi tam Aydan təxminən 8% böyük və 16% parlaq olacaq.

Ayın Yerdən məsafəsi noyabrın 5-də 356832 km, dekabrın 4-də isə 356961 km təşkil edəcək. Ayın Yerə maksimal yaxınlaşması (perigey) 1912-ci il yanvarın 4-də baş verib və bu zaman məsafə 356375 km olub. Sonrakı illərdə ən çox yaxınlaşma 1948-ci il yanvarın 26-da 356508 km, 2016-cı noyabrın 14-də 356509 km, 2018-ci il yanvarın 1-də 356565 km olub. Növbəti maksimal yaxınlaşma ilə (356447 km) Super Ay hadisəsi 2034 -cü il noyabrın 25-də baş verəcək.

Super Ay hadisəsinin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə Ay Yerə yaxınlaşdıqca, onun cazibə qüvvəsi okean və dəniz səviyyələrinə daha çox təsir edir. Bu, adi haldan 3–5 cm-ə qədər daha yüksək su səviyyəsinə səbəb ola bilər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda erkən nikahın qarşısı alınıb
Cəmiyyət 18:50
Qaradağda erkən nikahın qarşısı alınıb
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə olunub
Cəmiyyət 18:12
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə olunub
Bakı metrosu Zəfər Günündə gücləndirilmiş rejimdə çalışacaq
Cəmiyyət 18:05
Bakı metrosu Zəfər Günündə gücləndirilmiş rejimdə çalışacaq
Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin baş planları hazırlanır
Cəmiyyət 18:04
Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin baş planları hazırlanır
Hikmət Hacıyev NATO nümayəndələri ilə görüşüb
Cəmiyyət 17:01
Hikmət Hacıyev NATO nümayəndələri ilə görüşüb
Bakıda 301 nömrəli tam orta məktəbə direktor təyin edilib
Cəmiyyət 16:59
Bakıda 301 nömrəli tam orta məktəbə direktor təyin edilib
Hər həftə yeni həyəcan – növbəti lüks avtomobil qalibinə təhvil verildi!
Cəmiyyət 16:52
Hər həftə yeni həyəcan – növbəti lüks avtomobil qalibinə təhvil verildi!
“Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi
Cəmiyyət 16:46
“Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi
Tanınmış tiktoker həbs edilib
Cəmiyyət 16:15
Tanınmış tiktoker həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol