• $ 1.7
  • € 1.9717
  • ₽ 0.020922
  • ₺ 0.0405
  • £ 2.2675

Deputat: Qəhvəyi məxmər bağacığı Zaqatalada kənd təsərrüfatına ciddi zərər vurur

Deputat: Qəhvəyi məxmər bağacığı Zaqatalada kənd təsərrüfatına ciddi zərər vurur
24.10.2025 12:39

Qəhvəyi məxmər bağacığı adlı zərərverici Zaqatala rayonunda kənd təsərrüfatına ciddi ziyan vurur. Bunu deputat Asif Əsgərov oktyabrın 24-də Milli Məclisdə çxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu zərərverici meyvə-tərəvəz, fındıq, çay və qarğıdalı sahələrində məhsuldarlığın azalmasına və məhsulun keyfiyyətinin pisləşməsinə səbəb olub.

Əsgərov qeyd edib ki, fındıqçılıq və meyvəçilik Zaqatalanın əsas gəlir mənbələrindəndir və fındıq istehsalı Azərbaycanın ixrac potensialına görə strateji əhəmiyyət daşıyır. Deputat vurğulayıb ki, kənd təsərrüfatında yaranmış bu vəziyyət qeyri-neft sektoruna da mənfi təsir göstərir.

Onun sözlərinə görə, qəhvəyi məxmər bağacığı yalnız kənd təsərrüfatına deyil, həm də insanların gündəlik həyatına mənfi təsir edir.

“Böcəklərin evlərə dolması yerli sakinlər arasında narahatlıq yaradıb”, — əlavə edib.

O, həmçinin bu zərərvericinin ekoloji balans üçün təhlükə yaratdığını, 300-dən artıq bitki növü ilə qidalandığını və onlardan təxminən 100-nün Azərbaycan florasında mövcud olduğunu qeyd edib.

Qəhvəyi məxmər bağacığı (Halyomorpha halys) son illərdə Qafqaz regionunda sürətlə yayılaraq kənd təsərrüfatı məhsullarına ciddi zərər vurur. Bu zərərverici ilk dəfə 2017-ci ildə Azərbaycanın qərb bölgələrində müşahidə olunub və o vaxtdan etibarən geniş ərazilərə yayılıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu avtobuslar üçün xüsusi zolaq yaradılıb
Cəmiyyət 22:42
Bu avtobuslar üçün xüsusi zolaq yaradılıb
Neftçalada erkən nikahın qarşısı alınıb
Cəmiyyət 20:39
Neftçalada erkən nikahın qarşısı alınıb
Anar Əsədli həbs edilib
Cəmiyyət 19:10
Anar Əsədli həbs edilib
Bakı metrosunda bənövşəyi xətt üzrə stansiyalarda interval azaldılır
Cəmiyyət 18:11
Bakı metrosunda bənövşəyi xətt üzrə stansiyalarda interval azaldılır

Ətraf mühitin idarə edilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
Cəmiyyət 17:16
Ətraf mühitin idarə edilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
Nazirlik repetitorluqla bağlı təkliflər təqdim edəcək
Cəmiyyət 16:29
Nazirlik repetitorluqla bağlı təkliflər təqdim edəcək
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
Cəmiyyət 16:14
Milli Məclisin növbəti iclasının tarixi məlum olub

MİQ imtahanı pullu olacaq
Cəmiyyət 16:00
MİQ imtahanı pullu olacaq

Vəkil Zabil Qəhrəmanov saxlanılıb
Cəmiyyət 14:03
Vəkil Zabil Qəhrəmanov saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol